Səhifələr

Axtarış

Xoş gəlmisiniz

Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim... Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...
İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.

30 апр. 2010 г.

Emosional hallar

Emosional hallar aşağıdakılardır:
Əhval –
çox zəif cərəyan edir. O xeyli müddət,həftələrlə, aylarla davam edə bilər. Onun səbəbi bəzən tam aydın olmur, çünki əhvalı çox zəif qıcıqlayıcılar belə dəyişə bilir. Əhvalı törədən səbəblər çoxdur. İnsan öz əhvalını idarə etmək üçün onları törədən səbəbləri yaxşı bilməlidir.
Affekt- latın dilində affektus- ruhi təlatüm, həyacanlanma deməkdir. Çoşqun sürətlə əmələ gəlib kəskin xarici ifadəyə malik olan az müddətli, lakin qüvvətlə cərayan edən hisslərdir. Affekt halında öz davranışına şüurlu nəzarət zəifləyir. O, öz hərəkətləri və onun nəticələri barədə sanki düşünmür. Affekt qəflətən müəyyən partlayış kimi baş verir və tezliklə son həddə çatır, adam tez özündən çıxır. Affekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz önünə gətirmək, onu dərk etmək zəruridir, onun qarşısını almaq insanın iradi qüvvəsindən, şüurluluğundan, mədəni rəftar vərdişlərinə möhkəm yiyələnməsindən çox asılıdır.
Ehtiras- qüvvətli, uzunmüddətli və dərin hissdir. O, insan şüurunun, daxili qüvvələrinin cəmləşməsində, müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır. Bu zaman hisslər iradi cəhd ilə birləşək adamı müəyyən çətinlikləri aradan qaldırmağı təhrik edir. Ancaq o insanı daim fəallaşdıra bilmir. Bəzən bir obyektə olan ehtiraslı münasibət insanı başlıca olaraq passiv surətdə əzab çəkməyə düçar edir. Bu cəhət ehtirasın ikili xarakterdə olduğunu: ya insanın qüvvəsini zəiflətdiyini, ya da artırdığıni aydın surətdə göstərir. Ehtiras çox böyük qüvvəyə malik olur. Ancaq əsas məsələ ehtirasın nəyə, hansı obyektə yönəlməsindədir.
Stress- ingiliscə, təzyiq, gərginlik deməkdir. İnsanın gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional halətdir. Yəni qəflətən təhlükəli vəziyyətdə və ya mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul etmək, hərəkət etmək lazım olarkən insanda özünü biruzə verən halətdir.
Frustrasiya- latınca- aldanma, nahaq gözləmə, əhval pozğunluğudur. İnsanın öz məqsədinə çatmasına maneçilik real və ya xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir. Frustrasiya o zaman meydana çıxır ki, insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olur. Bu halda insanda dərin psixi sarsıntılar baş verir.

1 комментарий:

  1. Çox gözəl konsepsiyadır. Nə yaxşı ki, heç olmasa həftədə bir dəfə də olsa belə maraqlı informasiyalarla zəngin konsepsiyalara təsadüf edirəm. Fəaliyyətinizi alqışlayıram!

    ОтветитьУдалить