Səhifələr

Axtarış

Xoş gəlmisiniz

Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim... Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...
İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.

29 апр. 2010 г.

Müasir məktəbdə təhsil-tərbiyənin məqsədi


Məqsəd müəyyən fəaliyyətin əvvəlcədən təsəvvürdə dərk edilmiş son nəticəsidir. Ayrıca bir adamın məqsədləri fərdi, sosial sistemlərin məqsədi isə ictimai təlabatlardan əmələ gəlir. Məqsədsiz təhsil- tərbiyə yoxdur. Təhsil-tərbiyənin məzmunu, forma və metodları məqsədə tabedir. Təhsil-tərbiyənin məqsədi böyüməkdə olan nəsli müəyyən ictimai funksiyaları yerinə yetirməyə hazırlamaq üçün cəmiyyətin təlabatından irəli gəlir. Bu zaman təlabatın düzgün müəyyəmləşdirilməsi çox vacibdir. Təhsil -tərbiyənin mqsədi son nəticədə cəmiyyətin nail olduğu inkişaf səviyyəsini əks etdirir, insanə hərtərəfli təsir göstərir. Əsas məqsədlər:

  • məqsədlər dövlətin təlabatına uyğun olmalıdır.
  • məqsədlər cəmiyyətin təlabatlarına uyğun olmalıdır.
  • məqsədlər insanın özünün təlabatlarına uyğun olmalıdır.
  • qarşıya qoyulan məqsədlərə nail olmaq üçün pedaqoji texnologiyalar olmalıdır.
  • qarşıya qoyulan məqsədləri reallaşdırmaq üçün sosial şərait olmalıdır.
  • nəticələr ölçülmə imkanına malik olmalıdır.

Комментариев нет:

Отправить комментарий