Səhifələr

Axtarış

Xoş gəlmisiniz

Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim... Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...
İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.

30 апр. 2010 г.

Test:"Sizin psixoloji yaşınız"

Sizə uyğun olan cavabı seçin:

Tam razısınızsa – 4 bal.
Qismən razısınızsa – 3 bal.
O qədər də razı deyiləm – 2 bal.
Qəti razı deyiləm – 1 bal.

1.Məncə,gözəl yumor hissim var.
2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram.
3.Ümid edirəm ki,gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir.
4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur.
5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər.
6.Mən uşaqları sevirəm.
7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram.
8.Hansısa işi görəndə,onu yaxşı etmək üsulu tapmağa çalışıram.
9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır.
10.İşlə yanaşı mənim bir çox əyləncələrim var.
11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram.
12.İşim digərlərinə xeyir gətirir.
13.Mən hərdən arzu etməyi xoşlayıram.
14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.
15.Mən yeni ideyaları böyük maraqla qarşılayıram.
16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram.
17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram.
18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın insanım var.
19.Mən fiziki fəallıqdan həzz alıram.
20.Yeni insanlarla görüşməyi xoşlayıram.
21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim.
22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır.
23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram.
24.Mənim yaşadığım zaman xoşuma gəlmir.
25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq.

N Ə T I C Ə L Ə R.

75 baldan yuxarı
Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusuz.Siz ünsiyyətcil,optimist,xeyirxahsınız.Gec qocalacaqsınız.
50-75 bal
Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz.Qayğılar və stresslər sizin sevinmək qabiliyyətinizi zəiflədib,amma ciddilik və cavabdehliyi öyrətdi.Siz “orta” yaşlısınız.Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz.
50 baldan aşağı
Sizin kimi insanlardan adətən belə deyirlər ki,onlar çox görüblər,sınaqdan keçiriblər,hər şeyin dəyərini bilirlər.Ancaq bu an tez baş verməyib ki?O qədər çox şey görmək,bilmək,yaşamaq olar ki.

1 комментарий:

  1. Sevinc xanım, sizin bloqunuzu oxuduğum bloqlar siyahisinə salmışam.Səbəbi aydındır:olduqca maraqlı və faydalı məqalələrlə zəngin bir bloqu necə oxumamaq olar!? Çox sagolun.

    ОтветитьУдалить