Səhifələr

Axtarış

Xoş gəlmisiniz

Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim... Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...
İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.

1 мая 2010 г.

Mühit və inkişaf


İnsan şəxsiyyət kimi doğulmur. Şəxsiyyətin formalaşması ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən asılı olur. İnsan ancaq ünsiyyət prosesində başqa insanlarla qarşılıqlı əlaqədə şəxsiyyət olur. İnsanın psixi inkişafı cəmiyyətdən kənarda baş verə bilməz. Şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin əsası ailədə qoyulur. İnsanın inkişafının baş verdiyi real varlıq mühit adlanır. İnsan şəxsiyyətinin inkişafına təsir edən mühit 2 yerə ayrılır.
1. Sosial mühit
2. Təbii mühit
Sosial muhit dedikdə insanın həyat fəaliyyətinin inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. Sosial mühit daim dəyişir və yeniləşir. Bu mühitdə insan passiv deyil, fəaliyyətdədir və fəaliyyət prosesində öz mühitini dəyişdirir.
Təbii mühit ərazinin relyefi, fauna və florası, havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, onun mənəvi cəhətdən yetkinləşməsinə təsir göstərən amildir.
Hər bir insan özünə məxsus tərzdə inkişaf edir. Ona mühit və irsiyyətin öz təsir payı vardır.

1 комментарий:

  1. Salam. Sizin yazılarınızı oxudum, çox xoşum gəldi və sizinlə əməkdaşlıq üçün əlaqə saxlamaq istəyirəm. Necə əlaqə saxlaya bilərəm? əgər mümkün olsa mecidovaturana@yahoo.com mənim mailimdir. Diqqətinizə görə təşəkkürlər!

    ОтветитьУдалить