Səhifələr

Axtarış

Xoş gəlmisiniz

Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim... Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...
İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.

30 апр. 2010 г.

Test: "Probleminizi həll etməyə qadirsinizmi?"

Sizə uyğun olanı seçın:

1. Probleminizi və başınıza gələn pis hadisə barədə bölüşürsünüzmü?
A) Xeyir. Bu mənə kömək etmir 3
B) Hə. Münasib həmsöhbət varsa 1
C) Həmişə yox. Hərənin öz dərdi var 2

2. Probleminizə görə çox fikir edirsinizmi?

A) Həmişə və çox ağır 4
B) Hər şey vəziyyətdən asılıdır 0
C) Razılaşıram, çünki gec-tez hər bir
çətinliyin sonu gələcək 2

3. Siz çox fikirlisiniz. Bu halda nə edirsiniz?

A) Çoxdan arzuladığımı həyata keçirirəm 0
B) Yaxşı dostlarımla görüşürəm 2
C) Evdə otururam və özümə yazığım gəlir 4

4. Yaxın adamınız sizin xətrinizə dəyib. Neyniyəcəksiniz?

A) Çanağıma çəkiləcəm 3
B) İzahat tələb edəcəm 0
C) Dərdimi qulaq asmağa
hazır olan adamla bölüşəcəm 1

5. Xoşbəxt anlarda

A) Bəxbəxtlik barədə düşünmürəm 1
B) Xoşbəxtliyimin bitəcəyi barədə fikirlər məni rahat
buraxmır 3
C) Həyatda problemlərin çox olması barədə unutmuram 5

6. Psixiatrlara münasibətiniz necədir?

A) Onun xəstəsi olmaq istəməzdim 4
B) Onlar çoxlarına kömək edir 2
C) İnsan öz-özünə kömək etmək iqtidarındadır 3

7. Sizin fikrinizcə tale

A) Həmişə sizi sınağa çəkir 5
B) Sizi gözümçıxdıya salır 2
C) Sizin tərəfinizdədir 1

8. Sevdiyiniz adamla dalaşandan sonra qəzəbiniz yavaş-yavaş soyuyr və siz nə baradə düşünürsünüz?

A) Keçmişdə olan xoş hadisələr barədə 1
B) Gizli qisas barədə 2
C) Ondan çəkdiyiniz əziyyət barədə 3

Nəticələr

7-15 xal
Siz çətinliklərlə, hətta bədbəxtliklə asanlıqla razılaşırsınız. Çünki onlara düzgün qiymət verməyi bacarırsınız Əsası sizin özünüzə yazığınız gəlir (bir çoxlarına xas olan zəiflik) Sizin ruhi müvazinətinizə qibtə etmək olar

16-26 xal

Tez-tez öz taleyinizdın gileylənirsiniz. Problem və çətinliklərinizi başqalarının üzərinə tökməyi xoşlayırsınız. Kiminsə şəvqətinə ehtiyacınız var. Bəlkə ən yaxşısı özünüzü idarə etməyi öyrənməyinizdir

27-36 xal

Öz dərdlərinizin öhdəsindən gələ bilmirsiniz. Bəlkə elə buna görə onlar sizə əzab verirlər. Siz özünüzə qapanırsınız və tez-tez özünüzə yazığınız gəlir

4 комментария: