Səhifələr

Axtarış

Xoş gəlmisiniz

Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim... Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...
İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.

29 апр. 2010 г.

Test




Təlimat: Verilmiş 5 fiqura baxın.Bu fiqurları üstünlük verdiyiniz ardıcıllıqla düzün. I yerə seçdiyiniz fiqur sizin xüsusuyyətlərinizi və üstünlük təşkil edən xarakterinizi bildirir. V yəni sonuncu yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik çəkdiyiniz adamları bildirir.

İndi isə seçin:

Kvadrat: Əgər siz ilk növbədə kvadratı seçmisinizsə,deməli yorulmaq bilməyən zəhmətkeşsiniz.Əlamətləri :Təşkilatçılıq, başladığı işi sona çatdırmaq səyi, çalışqanlıq, dözümlülük, səbr,sistemlilik, adətən kvadratların öz sahəsində yüksəkixtisaslə mütəxəsis olmasına imkan verir. Əgər əminliklə seçmisinizsə onda sizi sol yarımkürəli insanlara aid etmək olar.Kvadratlar həddən artiq diqqətcil,adət olunmuş həyat tərzini dəyişməyi sevmirlər,səliqə-səhmanı sevirlər. Onlardan yaxşı inzibatçı, icraçı nadir hallarda menecer olur. Emosional quruluq, soyuqluq insanlarla ünsiyyət yaratmasına mane olur. Riski sevmirlər.

Üçbucaq: Liderlik əlamətidir.Qarşılarına məqsəd qoyan və nail olan möhkəm şəxsiyətlərdir. Sol yarımkürəli insanlardır lakin kvadratlardan fərqli olaraq xırdalıqlara yox əsas məqsədə yönəldirlər.Özlərinə inanan və həmişə haqlı sayan adamlardır.Şöhrətpərəstdirlər.Tez-tez risk edirlər.Öz səhvlərini etiraf etməkdə çətinlik çəkirlər.Hər bir işdə üstünlük təşkil edirlər.Onların məqsədi qələbə çalmaqdır.

Düzbucaqlı: Bu füquru seçənlər hal-hazırda keçirdikləri həyat tərzindən narazı olub daha yaxşı həyat şəraiti axtarışı ilə məşğuldurlar.Bu fiqur keçid və dəyişiklik simvoludur demək olar ki, problemlər içərisində başını itirib. Xarakterik əlamətləri: günbəgün dəyişirlər.Özlərini bəyənmirlər,lakin keçicidir. Hər cür yeniliyi asanliqla qəbul edirlər. Həddən artıq tez inanan,təsirlənən, sadəlövh olurlar. Lakin keçici haldır.

Dairə: Dairə beş forma içərisində ən xeyirxahıdır. Ünsiyyətə girməyi daha tez bacarırlar.Yaxşı dinləyicidirlər.Yüksək dərəcədə həssasdırlar.Başqalarının dərdinə şərik olmaq hissi güclüdür.Ona görə də insanlar onlara can atırlar.İnsanları çox gözəl oxuya bilirlər və yalançını dərhal ifşa edirlər.Mübahisəni sevmirlər. Biznes sahəsində zəifdirlər və rəhbərlik onlarlıq deyil. Qətiyətsizdirlər,sağyarımkürəli insanlardır.

Ziqzaq: Yaradıcılıq simvoludur. Sağyarımkürəli düşüncə tərzinə malikdirlər,yəni məntiqdən çox intuisiya xasdır. Mübahisələrdə güzəştə getmir əksinə kəskinləşdirilər. Müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar. Dəqiq, qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır. Kimdənsə asılı olmağı xoşlamırlar, daha çox reallıqla deyil,ideyalarla maraqlanırlar, həyatının müəyyən bir hissəsi ideyalar dünyasında keçir. Coşqun, səbirsiz, sözü üzə deyən olurlar.

1 комментарий:

  1. Özüm özümü yaxşı tanıyıram amma yenə yoxlayım dedim Saytınızı cox sevdim bəyəndim təşəkkür belə yeni bir sayt üçün

    ОтветитьУдалить