Səhifələr

Axtarış

Xoş gəlmisiniz

Psixologiya Pedaqogika
Ən maraqlı informasiyalar, ən maraqlı testlər, ən maraqlı elmi biliklər sizi gözləyir
Əziz dost,gəl düşünək. Mən sizə bir sualla müraciət edim... Heç elə an olubmu ki, çox yaxşı tanıdığın, yaxından bələd olduğun adamdan elə hərəkət, elə rəftar və davranış görəsən ki, ona təəccüblənəsən, bunu ondan gözləmədiyini etiraf edəsən? Yaxşı, bəs özünü necə tanıyırsan?

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...

Hər bir qapının açarı vardır, sadəcə düzgün açarı tapmaq lazımdır...
İnsanları tanımaq üçün mütəxəssiz olmaq lazım deyil,sadəcə olaraq bir elm sahəsi var ki,ona yaxından bələd olsan nəinki yaxın adamların, hətta ətrafdakı insanların xasiyyətinə, mənəvi aləminə bələd olarsan.Ən başlıcası,sən özünü yaxşı tanıyarsan, özünün mənəvi və psixi keyfiyyətlərinə asanlıqla bələd olarsan.

1 мая 2010 г.

Mühit və inkişaf


İnsan şəxsiyyət kimi doğulmur. Şəxsiyyətin formalaşması ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən asılı olur. İnsan ancaq ünsiyyət prosesində başqa insanlarla qarşılıqlı əlaqədə şəxsiyyət olur. İnsanın psixi inkişafı cəmiyyətdən kənarda baş verə bilməz. Şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin əsası ailədə qoyulur. İnsanın inkişafının baş verdiyi real varlıq mühit adlanır. İnsan şəxsiyyətinin inkişafına təsir edən mühit 2 yerə ayrılır.
1. Sosial mühit
2. Təbii mühit

Humanizm nədir?

Müəllim üçün ən vacib keyfiyyət humanizmdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədris fəaliyyətinə yüksək tələbkarlıqdan, şəxsiyyətinin inkişafına qayğı göstərməkdən və s. ibarətbir.

Təfəkkür



Təfəkkür varlığın inikasının ali səviyyəsidir. O sosial cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictimai tarixi təcrübəsinə istinad edir, onun nəticələrindən istifadə edir. Psixologiyada təfəkkür dərk edilən subyektlə dərk olunan obyekt arasında qarşılıqlı təsir prosesi, subyektin ətraf aləmə bələdləşməsinin aparıcı forması kimi öyrənilir. Təfəkkür varlığı əks etdirir, şüur səviyyəsində isə əks etdirilənə münasıbət bəslənir, sanki onun şəxsin özü və ya cəmiyyət üçün yaxşı və ya pis, faydalı və ya ziyanlı tərəfləri müəyyənləşdirilir. Maddi alamin dərk edilməsi duyğu və qavrayışdan başlanır.

Müəllimin pedaqoji ustalığı



Müəllimin ustalığı tədris prosesini təşkil etmək bacarığındadır.Usta müəllim hətta ən əlverişsiz şəraitdə şagirdlərin lazımi tərbiyəlilik, inkişaf və bilik səviyyəsinə nail olur.
Əsl müəllim hər hansı bir suala qeyri standart cavab tapa bilir,şagirdə xüsusi yanaşmağı bacarır.
Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəaliyyətlə peşəkarcasına məşqul olan insandır. Yalnız o, pedaqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Savadlı müəllim şagirdə hazır bilikləri verməməli, onun başında fikrin meydana gəlməsində, yaranmasında kömək göstərməlidir.

Pedaqogika



Pedaqogika bir elm kimi öz adını- yunan sözü olan "paidaqoqos" (paidos- uşaq, aqo-ötürən)sözündən götürmüşdür.Əsas predmetini insanın təhsili, təhsilalma prosesindəki texnologiya və münasibətlər sistemi təşkil edir. Pedaqogika ictimai hadisələri öyrənir. Təhsil-tərbiyə ictimai hadisələr sinfinə aid olduğundan pedaqogika sosial elmlər sırasına daxildir. Müasir pedaqoji aləmdə Y.A. Komenski pedaqogika elminin banisi hesab olunur. Pedaqogika tərbiyə haqqında elmdir.
.İnsan biliklərinin sahəsi olan pedaqojibiliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından ayrılmazdır. Bu biliklər böyüyən nəslin həyata hazırlanması, onun təhsil-tərbiyəsi ilə bağlı insan fəaliyyətinin spesifik sahəsinə aiddir. Ta qədimdən cəmiyyətin hər bir yaşlı üzvü gündəlik həyat şəraitində, müasir terminlə ifadə etməli olsaq, pedaqoq funksiyasını yerinə yetirirdi

30 апр. 2010 г.

Emosional hallar

Emosional hallar aşağıdakılardır:
Əhval –
çox zəif cərəyan edir. O xeyli müddət,həftələrlə, aylarla davam edə bilər. Onun səbəbi bəzən tam aydın olmur, çünki əhvalı çox zəif qıcıqlayıcılar belə dəyişə bilir. Əhvalı törədən səbəblər çoxdur. İnsan öz əhvalını idarə etmək üçün onları törədən səbəbləri yaxşı bilməlidir.
Affekt- latın dilində affektus- ruhi təlatüm, həyacanlanma deməkdir. Çoşqun sürətlə əmələ gəlib kəskin xarici ifadəyə malik olan az müddətli, lakin qüvvətlə cərayan edən hisslərdir. Affekt halında öz davranışına şüurlu nəzarət zəifləyir. O, öz hərəkətləri və onun nəticələri barədə sanki düşünmür. Affekt qəflətən müəyyən partlayış kimi baş verir və tezliklə son həddə çatır, adam tez özündən çıxır. Affekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz önünə gətirmək,

Emosiyalar və hisslər

Hiss və emosiya insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir. Emosiya daha sadə hissi hal olub, əsasən üzvi təlabatlara olan ehtiyacların ödənilməsi ilə əlaqıdardir. Bu cəhətdən emosiya heyvanlarda da olur. (aclıq, qorxu, hiss, şadlıq və s.). Hiss ancaq insana məxsusdur və ictimai mahiyyət kəsb edir(utancaqlıq, sevgi, dostluq, qürur).

Test:"Sizin psixoloji yaşınız"

Sizə uyğun olan cavabı seçin:

Tam razısınızsa – 4 bal.
Qismən razısınızsa – 3 bal.
O qədər də razı deyiləm – 2 bal.
Qəti razı deyiləm – 1 bal.

1.Məncə,gözəl yumor hissim var.
2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram.

Test: "Probleminizi həll etməyə qadirsinizmi?"

Sizə uyğun olanı seçın:

1. Probleminizi və başınıza gələn pis hadisə barədə bölüşürsünüzmü?
A) Xeyir. Bu mənə kömək etmir 3
B) Hə. Münasib həmsöhbət varsa 1
C) Həmişə yox. Hərənin öz dərdi var 2

2. Probleminizə görə çox fikir edirsinizmi?

A) Həmişə və çox ağır 4
B) Hər şey vəziyyətdən asılıdır 0
C) Razılaşıram, çünki gec-tez hər bir
çətinliyin sonu gələcək 2

3. Siz çox fikirlisiniz. Bu halda nə edirsiniz?

A) Çoxdan arzuladığımı həyata keçirirəm 0
B) Yaxşı dostlarımla görüşürəm 2
C) Evdə otururam və özümə yazığım gəlir 4

4. Yaxın adamınız sizin xətrinizə dəyib. Neyniyəcəksiniz?

29 апр. 2010 г.

Test




Təlimat: Verilmiş 5 fiqura baxın.Bu fiqurları üstünlük verdiyiniz ardıcıllıqla düzün. I yerə seçdiyiniz fiqur sizin xüsusuyyətlərinizi və üstünlük təşkil edən xarakterinizi bildirir. V yəni sonuncu yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik çəkdiyiniz adamları bildirir.

İndi isə seçin:

Müasir məktəbdə təhsil-tərbiyənin məqsədi


Məqsəd müəyyən fəaliyyətin əvvəlcədən təsəvvürdə dərk edilmiş son nəticəsidir. Ayrıca bir adamın məqsədləri fərdi, sosial sistemlərin məqsədi isə ictimai təlabatlardan əmələ gəlir. Məqsədsiz təhsil- tərbiyə yoxdur. Təhsil-tərbiyənin məzmunu, forma və metodları məqsədə tabedir. Təhsil-tərbiyənin məqsədi böyüməkdə olan nəsli müəyyən ictimai funksiyaları yerinə yetirməyə hazırlamaq üçün cəmiyyətin təlabatından irəli gəlir.

Melanxolik

Melanxolik- sakit, əhvalı çox cüzi təsirlərə belə dəyişir,vəziyyətini dəyişmədən oturur və əlində nə isə oynadır. İfrat dərəcədə həssas, tez inciyən,özünü tez itirən,sıxılan. Hərəkətləri süst,zəif, ağır və usandırıcı danışan. Öz hisslərini çox zəif ifadə edir. Öz qabiliyyət və biliyini aşağı qiymətləndirir.

Fleqmatik

Fleqmatik- sakit,sakit, qaradinməz, həyacanlandırmaq,hirsləndirmək o qədər də asan deyil. Hərəkətləri və yerişi ləng və astadır. Çətin dostlaşır, digər tərəfdən mehriban və istiqanlıdır. Üzünün ifadəsi dəyişkən deyil. Köhnə dostlarını unuda bilmir,səbrli, təmkinli və soyuqqanlıdır. Başladığı işi axıra çatdırır.

Xolerik

Xolerik- çoşqun, tapşırıqları diqqətlə yerinə yetirən. Çox vaxt səs salır, kobudluq edir, əsəbləşdikdə tez özündən çıxır,dava salır. Tez-tez və ucadan danışır, çox ifadəli sifəti vardır. Maraqları davamlı və sabitdir.

Sanqvinik

Sanqvinik-zirək, diribaş, yerində rahat otura bilmir, daim vəziyyətini dəyişdirir. Sürətlə yeriyir,tez-tez danışır. Çoz tez təsirlənir, tez də başı qarışır. Marağı və həvəsi çox davamsız və qeyri-sabitdir. Yeni işə tez həvəs göstərir, tez də soyuyur. Mimikası zəngin,çevik və narahat olsa da intizama tez alışır.

Temperament

Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Qədim yunanlar 4 temperament tipini fərqləndirirlər:
  • Sanqvinik
  • Xolerik
  • Melanxolik
  • Fleqmatik

Şəxsiyyət,fərd, fərdiyyət

Hər bir insan həm bioloji, həm də sosial varlıqdır.Bioloji varlıq kimi fərd, sosial varlıq kimi şəxsiyyət termini ilə ifadə edirlər. Fərd-özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Bu baxımdan hər bir adam – fərddir. İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir. Şəxsiyyət dedikdə, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfiyyətlərin sistemi kimi nəzərdə tutulur. Şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini fəal surətdə dəyişməyə başlayır. O ancaq şüur və mənlik şüurun yaranması ilə birlikdə əmələ gəlir. O hər zaman, hər vaxt fəaldır və belə bir fəallıq olmasa, onu əhatə edən ictimai və təbii mühitdə yaşayıb yarada bilməz. İctimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə onun özünəməxsus həyat tərzi və öz daxili aləmi formalaşır. Buna fərdiyyət deyilir.

Təlabat, motiv

Hər hansı bir canlı varlıq kimi insanda yaşamaq və inkişaf etmək üçün özünün ehtiyaclarını təmin etməlidir. Ehtiyac və təlabat sinonim sözlər deyirlər. Təlabat daha geniş anlayışdır. Təlabatlar insanın ehtiyacları ilə yanaşı həm də onun öz ehtiyaclarına münasibətini əks etdirir. Onlar insanın konkret həyat şəraitindən asıllığını ifadə edən, onun bu şəraitdə aktivliyini şərtləndirən özünəməxsus psixi halətdir. İnsan özünün yaşaması və inkişaf etməsi üçün zəruri olan hər hansı bir obyektə ehtiyac hiss etdikdə, nə isə bir gərginlik keçirir, narahat olur. İnsan öz təlabatlarını təmin etməlidir. Əgər belə bir imkan yoxdusa, o, müvafiq təlabatı yaxın təlabatla əvəəz etməli, hətta lazım gəldikdə onu boğmalıdır. Özünün bu xüsusiyyətlərinə görə təlabatlar kokret istiqamətə malik olur. İnsan onları təmin etmək üçün müvafiq üsul və vasitələr axtarır. Bu o deməkdir ki, şəxsiyyətin fəallığının mənbəyini təlabatlar təşkil edir. Şəxsiyyətin təlabatları ilə onun fəaliyyətinin məqsədi arasında əlaqə psixoloji aspektdə motivlər vasitəsilə yaranır.Eyni bir təlabat müxtəlif predmetlərlə , müxtəlif üsullarla təmin edilə bilər. Motiv dedikdə təlabatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur.