Müasir dövrdə insanı 200 dən artıq elm sahəsi öyrənir. Onlardan biri psixologiyadır. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistemini ilk dəfə Aristotelin (e.ə. IV əsr) “Ruh haqqında” məşhur traktatında şərh olunmuşdur. Psixologiya sözü ilk dəfə alman ensiklopedisti alim Xristian Volfun 1734-ci ildə “Empirik və rasional psixologiya” kitabları nəşr olunandan sonra məlum olmuşdur. Azərbaycanda psixologiya termini XIX əsrin sonu XX əsrin əvvəllərində rus psixoloqlarının əsərləri vasitəsilə işlənilməyə başlanılmışdır.Psixologiya sözü iki yunan sözündən “psyuxe”-ruh, ruhi aləm, “logos”- bilik, öyrənmək sözlərindən əmələ gəlmişdir,
psixika haqqında elm deməkdir. Psixikanın ən yüksək səviyyəsini şüur təşkil edir.

Комментариев нет:
Отправить комментарий