
İnsan şəxsiyyət kimi doğulmur. Şəxsiyyətin formalaşması ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən asılı olur. İnsan ancaq ünsiyyət prosesində başqa insanlarla qarşılıqlı əlaqədə şəxsiyyət olur. İnsanın psixi inkişafı cəmiyyətdən kənarda baş verə bilməz. Şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin əsası ailədə qoyulur. İnsanın inkişafının baş verdiyi real varlıq mühit adlanır. İnsan şəxsiyyətinin inkişafına təsir edən mühit 2 yerə ayrılır.
1. Sosial mühit
2. Təbii mühit

Sosial muhit dedikdə insanın həyat fəaliyyətinin inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. Sosial mühit daim dəyişir və yeniləşir. Bu mühitdə insan passiv deyil, fəaliyyətdədir və fəaliyyət prosesində öz mühitini dəyişdirir.
Təbii mühit ərazinin relyefi, fauna və florası, havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, onun mənəvi cəhətdən yetkinləşməsinə təsir göstərən amildir.

Salam. Sizin yazılarınızı oxudum, çox xoşum gəldi və sizinlə əməkdaşlıq üçün əlaqə saxlamaq istəyirəm. Necə əlaqə saxlaya bilərəm? əgər mümkün olsa mecidovaturana@yahoo.com mənim mailimdir. Diqqətinizə görə təşəkkürlər!
ОтветитьУдалить