

Təfəkkür varlığın inikasının ali səviyyəsidir. O sosial cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictimai tarixi təcrübəsinə istinad edir, onun nəticələrindən istifadə edir. Psixologiyada təfəkkür dərk edilən subyektlə dərk olunan obyekt arasında qarşılıqlı təsir prosesi, subyektin ətraf aləmə bələdləşməsinin aparıcı forması kimi öyrənilir. Təfəkkür varlığı əks etdirir, şüur səviyyəsində isə əks etdirilənə münasıbət bəslənir, sanki onun şəxsin özü və ya cəmiyyət üçün yaxşı və ya pis, faydalı və ya ziyanlı tərəfləri müəyyənləşdirilir. Maddi alamin dərk edilməsi duyğu və qavrayışdan başlanır. Hissi idrak mərhələsində xarici təsir bilavasitə insan şüurunda konkret cisimlərin obrazlarınınyaranmasına gətirib çıxarır. Həmin obrazlar fərdi səciyyə daşıyır. Bu mənada hissi idrakın verdiyi məlumat heç də həmişə dərin və düzgün olmur. Təfəkkür, cisim və hadisələrin mahiyyətinin, onlar arsındakı əlaqə və asıllıqların insan şüurunda ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesidir.Duyğular və qavrayış təfəkkürün mənbəyidir. İnsan məhz təfəkkür sahəsində gerçəkliyi daha dərin, tam və dəqiq dərk edir.

Комментариев нет:
Отправить комментарий