
Əhval – çox zəif cərəyan edir. O xeyli müddət,həftələrlə, aylarla davam edə bilər. Onun səbəbi bəzən tam aydın olmur, çünki əhvalı çox zəif qıcıqlayıcılar belə dəyişə bilir. Əhvalı törədən səbəblər çoxdur. İnsan öz əhvalını idarə etmək üçün onları törədən səbəbləri yaxşı bilməlidir.
Affekt- latın dilində affektus- ruhi təlatüm, həyacanlanma deməkdir. Çoşqun sürətlə əmələ gəlib kəskin xarici ifadəyə malik olan az müddətli, lakin qüvvətlə cərayan edən hisslərdir. Affekt halında öz davranışına şüurlu nəzarət zəifləyir.

Ehtiras- qüvvətli, uzunmüddətli və dərin hissdir. O,


Stress- ingiliscə, təzyiq, gərginlik deməkdir. İnsanın gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional halətdir. Yəni qəflətən təhlükəli vəziyyətdə və ya mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul etmək, hərəkət etmək lazım olarkən insanda özünü biruzə verən halətdir.
Frustrasiya- latınca- aldanma, nahaq gözləmə, əhval pozğunluğudur. İnsanın öz məqsədinə çatmasına maneçilik real və ya xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir. Frustrasiya o zaman meydana çıxır ki, insanın narazılıq və ya təmin olunma

Çox gözəl konsepsiyadır. Nə yaxşı ki, heç olmasa həftədə bir dəfə də olsa belə maraqlı informasiyalarla zəngin konsepsiyalara təsadüf edirəm. Fəaliyyətinizi alqışlayıram!
ОтветитьУдалить