
Məqsəd müəyyən fəaliyyətin əvvəlcədən təsəvvürdə dərk edilmiş son nəticəsidir. Ayrıca bir adamın məqsədləri fərdi, sosial sistemlərin məqsədi isə ictimai təlabatlardan əmələ gəlir. Məqsədsiz təhsil- tərbiyə yoxdur. Təhsil-tərbiyənin məzmunu, forma və metodları məqsədə tabedir. Təhsil-tərbiyənin məqsədi böyüməkdə olan nəsli müəyyən ictimai funksiyaları yerinə yetirməyə hazırlamaq üçün cəmiyyətin təlabatından irəli gəlir. Bu zaman təlabatın düzgün müəyyəmləşdirilməsi çox vacibdir. Təhsil -tərbiyənin mqsədi son nəticədə cəmiyyətin nail olduğu inkişaf səviyyəsini əks etdirir, insanə hərtərəfli təsir göstərir. Əsas məqsədlər:
- məqsədlər dövlətin təlabatına uyğun olmalıdır.
- məqsədlər cəmiyyətin təlabatlarına uyğun olmalıdır.
- məqsədlər insanın özünün təlabatlarına uyğun olmalıdır.
- qarşıya qoyulan məqsədlərə nail olmaq üçün pedaqoji texnologiyalar olmalıdır.
- qarşıya qoyulan məqsədləri reallaşdırmaq üçün sosial şərait olmalıdır.
- nəticələr ölçülmə imkanına malik olmalıdır.
Комментариев нет:
Отправить комментарий