Sanqvinik-zirək, diribaş, yerində rahat otura bilmir, daim vəziyyətini dəyişdirir. Sürətlə yeriyir,tez-tez danışır. Çoz tez təsirlənir, tez də başı qarışır. Marağı və həvəsi çox davamsız və qeyri-sabitdir. Yeni işə tez həvəs göstərir, tez də soyuyur. Mimikası zəngin,çevik və narahat olsa da intizama tez alışır. Yeni şəraitə və yeni tələblərə tez uyğunlaşır. Fəal, öz hissləri və reaksiyasına Hakim olmağı bacarır. Həssas, ünsiyyətli, həyatsevər, çox vaxt əhvalı yüksəkdir.

Комментариев нет:
Отправить комментарий