
Hər hansı bir canlı varlıq kimi insanda yaşamaq və inkişaf etmək üçün özünün ehtiyaclarını təmin etməlidir. Ehtiyac və təlabat sinonim sözlər deyirlər. Təlabat daha geniş anlayışdır. Təlabatlar insanın ehtiyacları ilə yanaşı həm də onun öz ehtiyaclarına münasibətini əks etdirir. Onlar insanın konkret həyat şəraitindən asıllığını ifadə edən, onun bu şəraitdə aktivliyini şərtləndirən özünəməxsus psixi halətdir. İnsan özünün yaşaması və inkişaf etməsi üçün zəruri olan hər hansı bir obyektə ehtiyac hiss etdikdə, nə isə bir gərginlik keçirir, narahat olur. İnsan öz təlabatlarını təmin etməlidir. Əgər belə bir imkan
yoxdusa, o, müvafiq təlabatı yaxın təlabatla əvəəz etməli, hətta lazım gəldikdə onu boğmalıdır. Özünün bu xüsusiyyətlərinə görə təlabatlar kokret istiqamətə malik olur. İnsan onları təmin etmək üçün müvafiq üsul və vasitələr axtarır. Bu o deməkdir ki, şəxsiyyətin fəallığının mənbəyini təlabatlar təşkil edir. Şəxsiyyətin təlabatları ilə onun fəaliyyətinin məqsədi arasında əlaqə psixoloji aspektdə motivlər vasitəsilə yaranır.Eyni bir təlabat müxtəlif predmetlərlə , müxtəlif üsullarla təmin edilə bilər. Motiv dedikdə təlabatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur.

Комментариев нет:
Отправить комментарий