
Pedaqogika bir elm kimi öz adını- yunan sözü olan "paidaqoqos" (paidos- uşaq, aqo-ötürən)sözündən götürmüşdür.Əsas predmetini insanın təhsili, təhsilalma prosesindəki texnologiya və münasibətlər sistemi təşkil edir. Pedaqogika ictimai hadisələri öyrənir. Təhsil-tərbiyə ictimai hadisələr sinfinə aid olduğundan pedaqogika sosial elmlər sırasına daxildir. Müasir pedaqoji aləmdə Y.A. Komenski pedaqogika elminin banisi hesab olunur. Pedaqogika tərbiyə haqqında elmdir.
.
İnsan biliklərinin sahəsi olan pedaqojibiliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından ayrılmazdır. Bu biliklər böyüyən nəslin həyata hazırlanması, onun təhsil-tərbiyəsi ilə bağlı insan fəaliyyətinin spesifik sahəsinə aiddir. Ta qədimdən cəmiyyətin hər bir yaşlı üzvü gündəlik həyat şəraitində, müasir terminlə ifadə etməli olsaq, pedaqoq funksiyasını yerinə yetirirdi

Комментариев нет:
Отправить комментарий